Sponsor pullu sevgili deməkdir: Şou əhlindən İDDİA - VİDEO

Sponsor pullu sevgili deməkdir: Şou əhlindən İDDİA - VİDEO

Bəzi müğənnilər "şou-biznesdə sponsor kimdir?" sualına cavab veriblər.

"Cebheinfo.az" xəbər verir ki, məsələ ilə bağlı müğənni Günel Ələkbərova və Nüşabə Ələsgərli açıqlamalar verib. Günel suala cavab olaraq, sponsorun pullu sevgili demək olduğunu bildirib:

"Sponsor sevgili deməkdir. Dünyada bu tamam başqa anlayışdır.  Bizdə isə pullu sevgili deməkdir". 

Nüşabə Ələsgərli isə sponsorun bəzi insanlar üçün "həm də sponsor" olduğunu və ona görə başqa mənada başa düşüldüyünü bildirib: 

"Mənim düşüncələrimdə sponsor, elə sponsor deməkdir. Heç bir şüuraltı, dırnaqaltı, fikiraltı məna daşımır. Sadəcə bəzi insanlar üçün həmin ifadə "həm də sponsor" olub deyə, artıq həmin ifadə dırnaqaltı sponsor kimi başa düşülür".

"Cebheinfo.az"