Məşhur “gəlin-qayınana” yeni layihədə
Türkiyənin məşhur “Yaprak Dökümü” serialının aktrisaları yeni filmdə bir araya gələcəklər.
Bu haqda türkiyəli şou yazarı Birsen Altuntaş məlumat yayıb.
Onun sözlərinə görə, “Yaprak Dökümü”nün gəlin-qayınanası Güler Ökten və Bennu Yıldırımlar “Aşk Tesadüfleri Sever 3”də rol alacaq.
Qeyd edək ki, rejissor Ömər Faruk Sorakın çəkdiyi unudulmaz “Aşk Tesadüfleri Sever” film seriyasının üçüncü hissəsinin istehsalına iyulun 7-də başlanacaq.
"Cebheinfo.az"

