Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqlədi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədilə Təhlükəsizlik Xidmətinin 40 günlük xüsusi əməliyyat planını təsdiqləyib.
Bu barədə general-mayor Yevgeni Xmara ilə görüşdən sonra onun sosial şəbəkə hesablarında məlumat yayılıb.
Zelenskinin sözlərinə görə, general-mayor uzun və orta mənzilli zərbə planları, eləcə də Ukrayna Təhlükəsizlik Xidmətinin, xüsusən də “Alfa” Xüsusi Əməliyyat Mərkəzinin cəbhədə əldə etdiyi nəticələrlə bağlı məruzə edib.
“Mən təcavüzkar dövləti müharibəni dayandırmağa məcbur etmək məqsədi ilə Xidmətin ona təzyiq göstərmək üçün 40 günlük əməliyyatını təsdiqlədim”, - Zelenski bildirib.
"Cebheinfo.az"

