Deputat: “Suverenliyimizi reallaşdıran Ali Baş Komandanımızdır”

Deputat: “Suverenliyimizi reallaşdıran Ali Baş Komandanımızdır”

“Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında və eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. 

Ümumilli liderinin siyası uzaqgörənliyi nəticəsində ictimai-siyası həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi. 

İqtisadiyyatın bərpa və inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlər ilə yanaşı strateji proqramlar və layihələrin işlənin hazırlanmasına və reallaşmasına başlanıldı.

 Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qadırıldı. Starteji baxış iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islaharlar yolu mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.Deputat qeyd edib ki, liberal iqtisadiyyatın, sosial ədalət prinsiplərinin fonunda ölkənin iqtisadi müstəqilliyinin qorunması istiqamətində ardıcıl fəaliyyətlər həyata keçirilməyə başlanıldı:

“MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin formalaşması və inkişafı, sosial ədadlət və təmin sistemin formalaşması və gücləndirilməsi və eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımıar atıldı. Bu islahatlar starteji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı.

 Qısa müddət sonra, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqaviləsi imzalandı. 

Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhvə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanin müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi.

 Nəticədə ölkə iqtisadiyatının ən uzunmüddətli tənnəzzül prosesi dayandırıdı və 1995-ci ildən başlayaraq tərəqqi meylləri müşahidə edildi. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu”.

 Deputat əlavə edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, büdcə kəsirinin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ildəki 7,1 faizdən 2002-ci ildə 0,4 faizə endirildi. Dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı ildən-ilə artdı. 1993-cü ildə bu məqsədlərə ümumi büdcə xərclərinin 8,5 faizi sərf olunmuşdursa, 2002-ci ildə bu xərclər büdcə xərclərinin 20,4 faizinə çatdı: 

“Hazırda Azərbaycan tarixinin ən şanlı günləri və ən parlaq səhifələri yaşanır. Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkədir. 

Bütün bunlar, cənab Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxlaq arenada böyük diplomatik nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətli qərarlar sayəsində mümkün oldu. 27 il həsrətlə baxdığımız torpaqlarda bu gün böyük quruculuq işləri həyata keçirilir.

Zəfərdən keçən qısa müddətdən işğaldan azad olunan ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayırlıb və 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşmasıb, işləyir və təhsil alır. Son 23 il ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb, dövlət büdcəsinin gəlirləri təxminən 30 dəfə, icmal büdcənin gəlirləri isə 15 dəfə yüksəlib. 

Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 90 milyard dollara çatıb. Xarici borcunun ÜDM-də payı bir rəqəmli həddə olan Azərbaycan valyut ehtiyatlarının iqtisadiyyatın həcminə nisbətində dünyada ən yaxşı göstəricilərə malik olan ölkələrdəndir.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Suverenliyimizin tam bərpasının banisi Ulu Öndərimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımız və şanlı ordumuz oldu”.

Vilayət Muxtar
“Cebheinfo.az”