Rüfət Səfərov 8 il azadlıqdan məhrum edilib

Rüfət Səfərov 8 il azadlıqdan məhrum edilib

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov 8 il müddətə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə hökm oxunub.

Xatırladaq ki, dövlət ittihamçısı Rüfət Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb.

İttihama görə, o, Novxanıda bağ satmaq qarşılığında zərərçəkən kimi tanınan Natiq İmaquliyevdən 60 min manatdan çox pul alıb. Lakin vədinə əməl etməyib. Buna görə də N.İmanquliyev onun qarajına gələrək R.Səfərovla mübahisə edib və nəticədə yaralanıb.

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

"Cebheinfo.az"