Bəqai: ABŞ ilə nüvə danışıqları memorandum imzalandıqdan sonra aparılacaq
ABŞ ilə İran arasında nüvə danışıqları memorandum imzalandıqdan sonra aparılacaq.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.
"Hazırkı mərhələdə diqqətimiz müharibənin dayandırılmasına yönəlib və qərara alınıb ki, sanksiyaların ləğvi və nüvə mövzusuna dair danışıqlar memorandum imzalandıqdan sonra aparılacaq", - o bildirib və əlavə edib ki, İranın dondurulmuş səhmləri ilə bağlı Amerika tərəfi maneələri aradan qaldırmağı öhdəsinə götürüb.
İran XİN rəsmisinin sözlərinə görə, bu məsələ üzrə danışıqların bir hissəsi artıq aparılıb:
"Bizim üçün İran xalqının aktivlərinə çıxış əldə etmək vacibdir, bunun necə olacağı isə onların öhdəliklərinə daxildir".
O bildirib ki, danışıqların aparılması öhdəliklərin yerinə yetirilməsindən asılıdır.
"Hər iki tərəf bütün cəbhələrdə, xüsusən də Livanda müharibəni dərhal və daimi olaraq dayandırmağı öhdəsinə götürüb", - Bəqai vurğulayıb.
Daha əvvəl İran XİN xatırladıb ki, İsrailin Livandakı hərbi əməliyyatları ABŞ ilə İran arasında imzalanacaq razılaşmanın pozulması demək olacaq və lazımi tədbirlər görüləcək.
"Cebheinfo.az"

