Bu məşhurların övladları da məzun oldu – FOTOLAR
Bu gün Azərbaycanda 2025/2026-cı dərs ili başa çatır.
Cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur.
Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlan şagirdlərdir.
Hər il olduğu kimi bu gün Respiblikanın bütün məktəblərində 11-ci sinif şagirdləri üçün “Son zəng” çalınır.
"Cebheinfo.az" xəbər verir ki, bu il cəmiyyətdə bir çox tanınmış simaların da övladları müstəqil həyata addım atıb, məzun olublar.
Hazırda onların bir neçəsini təqdim edirik:
Bu gün övladları məzun olan məşhurlardan bir, psixoloq Fərqanə Mehmanqızıdır.
Psixoloqun iki övladı - Alsu Nəcəfli və Leyla Nəcəfli 246 saylı lisey-məktəbin 11-ci sinifinin rus bölməsindən məzun olurlar.
Övladlarının orta məktəbi başa vurduqları üçün sevindiklərini deyən psixoloq deyir ki, artıq həyatlarında bir mərhələni başa vurub digər mərhələyə keçirlər:
“İmtahanları yüksək nəticə ilə başa vurduqları üçün sevinirlər. Onların təəssüratlara gəldikdə, hələ yeniyetməliyin, məktəbin həssaslığını anlamadıqlarını deyirlər.
Hamı deyir ki, məktəb illəri üçün darıxacaqsınız. Onlar hələ bunun mahiyyətini tam anlamırlar. Deyirlər ki, “Kaş məktəbdə, siniflərdə kameralar olardı. Həqiqəti, reallığı daha da aydın görmək olardı.
Yaxşı olardı ki, müəllimlərə qarşı uşaqlarda aqressiya olmasın. Ümid edirik ki, məktəbdə bu sahədə dəyişiklik olacaq”.
Arzuları Ədliyyə Nazirliyində işləmək, ədalət, beynəlxalq hüququ qorumaq, Azərbaycan bayrağını beynəlxaql məkanda tanıtmaqdır.
Eləcə də 5-6 xarici dil bilmək və bu dillərdə “Azərbaycan mənim vətənimdir” demək istəyirlər. Ali məktəbə qəbulla bağlı III qrupun “Beynəlxalq əlaqələr”, “Hüquq” ixtisaslarına üstünlük verirlər.
Uşaqlıqdan ailədə insan psixologiyası, kütlə psixologiyası, qadın və uşaq hüquqları, ailə dəyərləri haqqında söhbətlər olub ki, bu istiqamətdə arzularını, fikirlərini beynəlxalq məkanda gerçəkləşdirmək istəyirlər. Düşünürlər ki, Azərbaycanın dəyərləri hər bir hüquqi dəyərdən daha önəmli və daha doğrudur”.
Övladı üçün "Son zəng" çalınanlardan biri də "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyevdir.
O qızının məzun olması ilə bağlı ürək sözlərini belə ifadə edib:
"Birinci sinif, ilk addımlar, ağ bantlar və həyəcan... Geridə qalan 11 il və... Son zəng, böyük ümidlər, həmçinin məzun qüruru... Zamanın bu qədər sürətlə keçəcəyini, 11 ilin bir göz qırpımında bitəcəyini heç təsəvvür etməzdim.
Elə bil dünən idi əlindən tutub məktəbə apardığım gün... Bu gün isə artıq o balaca qızım məktəblə vidalaşır. Canım qızım, illər keçsə də, sən böyüsən də, sən mənim hər zaman o ilk günkü balaca, təmiz qəlbli qızımsan. Məktəb illəri bitir, amma həyatın ən gözəl mərhələsi indi başlayır. Yolun, bəxtin hər zaman açıq və parlaq olsun. Səninlə qürur duyuram!".
Tanınmış jurnalist Jalə Mütəllimovanın da övladı bu il məzun olub.
Jurnalist övladı üçün ürək sözlərini belə ifadə edib:
"Ən böyük arzum sizi öncə Allaha, sonra Vətənə və cəmiyyətə sadiq övlad, qadın, insan, ana görməkdir. Sizi sevirəm mələk qızlarım, Xədicəm, Leylam. Məzunluğunuz mübarək!"
Tanınmış idman jurnalisti Ceyhun Rzayevin qızı da bu gün məzun olanlar sırasındadır.
Jurnalist sosial şəbəkə hesabında qızının məzuniyyətini paylaşaraq onu səmimi sözlərlə təbrik edib.
Paylaşımda o, belə yazıb:
“Bu da son zəng. Artıq həyat məktəbi başlayır. Uğurlar, çiçəyim!”
Bu gün məzun olanlar sırasında aktyor Mahir Mirişlinin qızı da yer alıb.

Aktyor sosial şəbəkə hesabında qızını təbrik edərək sevincini bölüşüb.
O, paylaşımında bu sözləri yazıb:
“Mübarəkdir mənim məzun qızım. Gözüm nuru”.
Hazırda övladı məzun olanların sırasında məşhur müğənni İzzət Bağırovun oğlu da var.
Qeyd edək ki, müğənninin oğlu Əli Bağırov bu il orta məktəbi başa vurur.
Atası Əlinin hazırda universitetə hazırlaşdığını bildirib.
Nigar Abdullayeva
"Cebheinfo.az"

