“Sağlam ailə modelinin təşviqi” adlı layihəsinin icrası davam edir
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi tərəfindən icra edilən “Sağlam ailə modelinin təşviqi” adlı layihənin icrası davam edir.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin fəaliyyət planına uyğun olaraq Şirvan şəhər Gənclər evində növbəti seminar keçirilmişdir. Seminarda Şirvan şəhər Mərkəzi Kitabxanasının işçiləri iştirak etmişlər.
Layihə rəhbəri Əli Mirzəyev layihənin məqsədləri, nəzərdə tutulmuş fəaliyyətlər, əldə olunacaq nailiyyətlər və s. haqqında geniş məlumat verdi. Sonra seminar iştirakçılarına videoformatda təqdimat göstərilmişdir. Təqdimatdan sonra tədbir iştirakçıları müzakirələrə qoşulmuşdur. Çıxış edənlər ailə dəyərləri, qədim adət ənənələrimiz, bu dəyərlərin son zamanlar zəifləməsinin səbəbləri barədə fikirlərini səsləndirmişlər.
Çay fasiləsi zamanı da müzakirələr davam etdirilmişdir.
"Cebheinfo.az"


