Ərdoğan: “Terrorsuz Türkiyə bizim ən böyük əsərimizdir”

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən 4-cü Türkiyə Gənclik Sammitində aktual mövzularla bağlı açıqlamalar verib.
“Cebheinfo.az” xəbər verir ki, “Terrorsuz Türkiyə” prosesindən söz açan Ərdoğan gənclərə “86 milyon insanın sülh, əmin-amanlıq və qardaşlıq içində bir yerdə yaşadığı firavan bir ölkəni sizinlə birlikdə yüksəldəcəyik”, - deyə müraciət edib.
“Bizi mənşəyinə, kimliyinə, mənsubiyyətinə, məzhəbinə görə ayırmağa çalışanlara meydan oxuyaraq, ən böyük işimizi, vahid millət, birlik, terrordan azad Türkiyəni sizinlə birlikdə gerçəkləşdirəcəyik. Terrorsuz Türkiyə bizim ən böyük əsərimizdir”, - deyə Prezident Ərdoğan qeyd edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”