“Azad İstehlakçılar” İctimayi Birliyi yeni layihənin icrasına başlayib

“Azad İstehlakçılar” İctimayi Birliyi yeni layihənin icrasına başlayib

“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tullantıların bələdiyyə - icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” layihəsinin icrasına 01 iyun 2025-ci il tarixindən start verib.

Bu barədə layihə rəhbəri Eyyub Hüseynov məlumat verib.

Onun sözlərinə görə, layihənin icra müddəti 4 aydır. Layihə Beyləqan (Dünyamallar, Kəbirli, Yuxarı Aran qəsəbəsi, Şəfəq qəsəbəsi) və Tərtər (Buruc, Gülabadlı, Kəbirli, Qaradağlı kəndləri) rayonlarının hər birinin 4 kəndində tullantıların idarə edilməsində bələdiyyə - icma əsaslı modelin tətbiq edilməsi ilə daha təmiz və davamlı ətraf mühitin yaradılmasında bacarıqların inkişaf etdirilməsi, yerli bələdiyyələrin və icma üzvlərinin tullantıların düzgün idarə olunması sahəsində bilik və bacarıqlarını artırmaq, onların birgə fəaliyyətini təşviq etməklə ətraf mühitin mühafizəsinə töhfə verməyə fokuslanmışdır.

Hədəf qruplarının seçilməsində aşağıdakı göstəricilər nəzərə alınmışdır:

a. İlkin mərhələdə 8 hədəf icmanın hər birində 12 nəfər aktiv icma və bələdiyyə üzvlərindən ibarət təşəbbüs qrupları yaradılacaq. Liderlik və təşəbbüskarlıq bacarıqları (icmanın problemlərinə həssas yanaşan və dəyişikliklərə təşəbbüs göstərə bilən);
b. İcma ilə yaxınlıq əlaqələri (yerli əhali ilə güclü əlaqələri olan şəxslər);
c. Təcrübə və bilik səviyyəsi (ekoloji problemlər sahəsində məlumatı olan şəxslər və sair);
d. Məsuliyyət və nüfuz;
e. Müxtəliflik və təmsilçilik (qadınlar, gənclər, yaşlılar və həssas qruplar);
f. Ekoloji maariflənmə ehtiyacı;
g. Resursların idarə olunması bacarığı;
h. Davamlılıq prinsipi (tullantıların davamlı idarə edilməsinə töhfə vermə).

Təşəbbüs qruplarının hər birinə “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri”, “Tullantıların azaldılmasında "3R" prinsipi tətbiqinin əhəmiyyəti” və “Kompostlaşma və orqanik tullantıların idarə edilməsində COP yanaşmalarından irəli gələn müvafiq meyarlara üstünlük verilməsi” mövzularında 3 günlük təlim keçiriləcəkdir.

Layihənin icrasından gözlənilən nəticələr:

  • Təlim iştirakçılarına “Təmiz və sağlam gələcək üçün birlikdə” mövzusunda buklet paylanacaq;

  • İcma sakinlərinin tullantıların idarə olunmasında iştiraklılıq səviyyəsi artacaq;

  • İcma sakinləri tullantıların təsiri və düzgün idarə olunması barədə məlumatlılığı artıracaq;

  • Ətraf mühitin çirklənməsinə səbəb olan plastik, üzvi və digər tullantıların miqdarı azalacaq;

  • İcma üzvlərinin tullantılarla bağlı daha məsuliyyətli davranışı müşahidə olunacaq;

  • Layihə nəticəsində ətraf mühitin qorunması təşəbbüsləri artacaq.

Təlimlərdən çəkiləcək foto və videolar sosial şəbəkələrdə təşviq ediləcək və AİİB-in 20 rayon nümayəndəliyinə yayılacaqdır. Layihə müddətində əldə olunan nəticələrin digər bölgələrdə də tətbiqi üçün tövsiyələr hazırlanacaqdır.

"Cebheinfo.az"