"Hizbullah" ABŞ və İranın atəşkəs memorandumunu dəstəkləyib
Radikal "Hizbullah" qruplaşması ABŞ və İran arasında anlaşma memorandumunu dəstəklədiyini bildirərək, bunun Livan da daxil olmaqla bütün cəbhələrdə hərtərəfli atəşkəsə səbəb olduğunu qeyd edib.
Bu barədə "Report" "The Times of Israel"ə istinadən xəbər verir.
Məlumata görə, "Hizbullah" həmçinin İsraili xəbərdar edib ki, Livanın suverenliyini pozan və ya onun əhalisinə qarşı yönəlmiş hər hansı hərəkətə yol verməyəcək.
Qruplaşmanın bəyanatında qeyd olunub ki, Livanın razılaşmaya daxil edilməsi İranın hərbi əməliyyatların dayandırılmasına sadiqliyini əks etdirir.
Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.
"Cebheinfo.az"

