Əhalinin sayının məhdudlaşdırılması üzrə referendum
İsveçrədə ölkə əhalisinin 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təşəbbüslə bağlı ümumxalq səsverməsi - referendum keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, əhalisi 9,1 milyon nəfər olan İsveçrədə vətəndaşlar sağçı İsveçrə Xalq Partiyasının (SVP) dəstəklədiyi “10 Milyonluq İsveçrəyə Yox” təşəbbüsü ilə bağlı mövqelərini bildirmək üçün səsvermədə iştirak ediblər.
Seçicilərin əksəriyyəti səsverməni əvvəlcədən poçt vasitəsilə həyata keçirib. Son ictimai rəy sorğularına əsasən, respondentlərin 52 faizi təşəbbüsə qarşı çıxıb, 45 faizi dəstək verib, 3 faizi isə qərarsız qalıb.
"Exit poll"ların nəticələrinə görə, təşəbbüs təxminən 55 faiz səslə rədd edilib.
Əfsanə
"Cebheinfo.az"

