Nigeriyada avtobus aşdı: 20-dən çox idmançı həlak oldu

Nigeriyada avtobus aşdı: 20-dən çox idmançı həlak oldu

Nigeriyanın Kano əyalətində avtobusun körpüdən aşması nəticəsində 22 idmançı həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə yerli "Daily Post" nəşri məlumat verib.

Qeyd olunub ki, idmançılar idman festivalından evə qayıdırdılar. Qəza zamanı avtobusda 35 idmançı olub.

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

"Cebheinfo.az"