Ukraynada “Su-24M” qəzaya düşdü - İki hərbçi öldü

Ukraynada “Su-24M” qəzaya düşdü - İki hərbçi öldü

Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) Xmelnitski vilayətində hərbi təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Ukrayna HHQ-nin rəsmi “Telegram” kanalında bəyanat yayılıb.

Bəyanatda bildirilir ki, hadisə iyunun 16-sı saat 19:00 radələrində qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin Pyotr Franko adına 7-ci taktiki aviasiya briqadasına məxsus “Su-24M” cəbhə bombardmançı təyyarəsi Xmelnitski vilayətində tapşırıq yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarənin ekipaj üzvləri – pilot, mayor Boqdan Zaqurlyuk və şturman, baş leytenant Boqdan Babenko həlak olublar.

Hazırda təyyarənin düşdüyü ərazidə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. İlkin məlumatlara görə, qəza zamanı mülki əhali arasında xəsarət alan olmayıb.

"Cebheinfo.az"