İqbal Ağazadənin oğurlanan nömrəsi QAYTARILDI
Ümid Partiyasının sədri İqbal Ağazadənin dünən oğurlanan “Telegram” nömrəsi qaytarılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə partiya sədri özü sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, dünən partiya sədrinin “Telegram” nömrəsi oğurlanaraq kontaktdakı şəxslərdən pul istəniliib.
Kiberdələduza inananlardan biri də tanınmış jurnalist Ləman Ələşrəfqızı olub. Şəxs ondan da İqbal Ağazadənin adı ilə 600 manat pul istəyib və alıb.
Xəzər
“Cebheinfo.az”

