Partiya sədrinin nömrəsi oğurlandı: “Deyir ki, karta pul atın"
Ümid Partiyasının sədri İqbal Ağazadənin “Telegram” nömrəsi oğurlanıb.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda İqbal Ağazadənin “Facebook” hesabında paylaşım edilib.
“İqbal Ağazadənin “Telegram” nömrəsi oğurlanıb. Kimə mesaj yazsa, cavab verməsin. Yazıb, “Karta pul atın”, deyir”,-deyə paylaşımda qeyd olunub.
“Cebheinfo.az”

