Gəncədə evdə partlayış olub: Xəsarət alan var

Gəncədə evdə partlayış olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə evdə qeydə alınıb. Partlayışdan sonra yanğın olub.
Şəhər sakini 1958-ci il təvəllüdlü Ş.Musayev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.
Fakt araşdırılır.
"Cebheinfo.az"