Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib

Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-ya onun qızı İntizar İsmayıl məlumat verib.
O bildirib ki, atası artıq 4 gündür xəstəxanadadır:
“Keçən ayın 30-da xəstəxanaya gətirdik. Bədənində infeksiya var. Neçə gündür ki, yemək yemir. Həkimlərin sözlərinə görə, o, bundan sonra ən azı 10 gün də həkim nəzarətində qalmalıdır”.
"Cebheinfo.az"