Tbilisi prospektində qəza olub: Sıxlıq yaranıb - FOTOLAR

Tbilisi prospektində qəza olub: Sıxlıq yaranıb - FOTOLAR

Yasamal rayonu, Tbilisi prospektinin Şəfayət Mehdiyev küçəsi ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən metronun “20 Yanvar” stansiyası ilə yanaşı, mərkəz istiqamətində də nəqliyyat sıxlığı yaranıb:

"Sıxlığın aradan qaldırmaq üçün həm yol polisi əməkdaşları tərəfindən tədbirlər görülür, həm də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən intensivliyi artırmaq üçün svetoforlara “yaşıl dalğa” əmri verilir".

"Cebheinfo.az"