Göygöldə avtomobil ağaca çırpılıb: xəsarət alanlar var

Göygöldə avtomobil ağaca çırpılıb: xəsarət alanlar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir  ki, qəza Gəncə–Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə 1970-ci il təvəllüdlü N. Musayeva və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"