İki günə kartlardan 33 minə yaxın pul oğurlanıb

İki günə kartlardan 33 minə yaxın pul oğurlanıb

İyunun 21 və 22-də bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla 20 000, 9500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi məbləğlər çıxarılıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN vətəndaşları bank kartlarından oğurluq hallarına qarşı ehtiyatlı olmağa çağırıb. Bildirilib ki, bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir.

“Kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.

“Cebheinfo.az”