“İranın əks hücumu iki gün ərzində baş verə bilər” - KİV

ABŞ səlahiyyətliləri İranın əks-hücum riskini yüksək qiymətləndirir və yaxın günlərdə güclü cavab veriləcəyini gözləyir.
Bunu “Reuters”ə ABŞ rəsmisi bildirib.
“İranın əks hücumu yaxında və ya iki gün ərzində baş verə bilər”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl İran Silahlı Qüvvələrinin koordinasiyasını həyata keçirən “Hatam al-Anbiya” qərargahı İran hərbçilərinin nüvə obyektlərinə zərbələrə cavab olaraq ABŞ üçün ağır nəticələrə malik güclü əməliyyatlar həyata keçirəcəklərini açıqlamışdı.
“Cebheinfo.az”