Hacıqabulda baş verən qəzada Türkmənistan vətəndaşı ölüb - FOTOLAR

Bakı-Qazax yolunda baş vermiş qəza yolda böyük tıxaca səbəb olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınan metal boru yüklü “VOLVO” markalı TIR-ın aşması nəticəsində magistralda kilometrlərlə tıxac yaranıb.
19.00 radələrində baş verən qəza zamanı 3 saata qədər tıxac müşahidə edilib. Qəzanın fəsadları 22.30 radələrində aradan qaldırılıb.
Qeyd edək ki, qəza zamanı yük avtomobilinin sürücüsü Türkmənistan vətəndaşı 1990-cı il təvəllüdlü Nurgəldiyev Nuryağdı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"