Rusiyadakı dəhşətli qəzada ölən azərbaycanlılar dəfn edildilər

Rusiyadakı dəhşətli qəzada ölən azərbaycanlılar dəfn edildilər

Rusiyada dəhşətli yol-nəqliyyat hadisəsində həlak olan azərbaycanlılar dəfn ediliblər.

Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində həyatlarını itirən 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov Qazax rayonunun Daş Salahlı kənd qəbiristanlığında, 2000-ci il təvəllüdlü Ceyhun Məmmədov isə Ağstafa rayonunun Muğanlı kənd qəbiristanlığında torpağa tapşırılıblar.

10:57

Rusiyada yol-nəqliyyat hadisəsində həlak olan 3-cü azərbaycanlının şəxsiyyəti məlum olub.

Oxu.Az-ın məlumatına görə, qəzada ölən Ağstafa rayonunun Muğanlı kənd sakini, 2000-ci il təvəllüdlü Ceyhun Arif oğlu Məmmədovdur.

Həlak olan hər 3 şəxsin cənazələri dünən gecə saatlarında Azərbaycana gətirilərək ailələrinə təhvil verilib.

Həlak olanlardan ikisi Qazax rayonunun Daş Salahlı, biri isə Ağstafa rayonunun Muğanlı kəndində bu gün dəfn ediləcək.

10:36

Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib. "LADA Priora" və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.

Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.

Qəzada ölən digər azərbaycanlı - Ağstafa rayon sakininin isə şəxsiyyəti dəqiqləşdirilir.

"Cebheinfo.az"