Elektrik dirəyindən yıxılan kişi ölüb
Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılıb və hadisə yerində keçinib.
Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.
Faktla bağlı araşdırma aparılır.
“Cebheinfo.az”

