Ağdaşda “Mercedes” yanıb kül oldu
Ağdaşda “Mercedes” yanıb.
“Cebheinfo.az”ın məlumatına görə, hadisə rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Hüseyn Bəkir oğlu Həsənovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobilində yanğın baş verib.
Yanğın yerinə yanğınsöndürənlər cəlb olunub.
Hadisə zamanı avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Xəsarət alan olmayıb.
“Cebheinfo.az”

