Güləşçilərimiz dünya reytinq cədvəlinə başçılıq edirlər

Birləşmiş Dünya Güləşi (UWW) yenilənmiş reytinq cədvəllərini təqdim edib.
"Cebheinfo.az" xəbər verir ki, yunan-Roma güləşində üç azərbaycanlı idmançı zirvədə qalmaqda davam edir.
Öz çəki dərəcələrində lider olan idmançılarımız Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvi Qənizadədir (72 kq).
Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) reytinqdə ikinci, Sənan Süleymanov (77 kq) isə dördüncü yerdədir.
Sərbəst güləşçilərdə ən yüksək yeri üçüncü olan Giorgi Meşvildişvili (125 kq) tutur. Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq) və Maqomedxan Maqomedov (97 kq) ilk dördlükdə yer alıblar.
"Cebheinfo.az"