Rusiyalı futbolçu 3-ü şərti olmaqla 4 illik cəza alıb

Rusiyanın "Soçi" klubunun futbolçusu Vladimir Pisarski 4 il müddətinə futboldan uzaqlaşdırılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının Etika Komitəsi qərar çıxarıb.
Hücumçunun diskvalifikasiyasının üç ili şərti olacaq. Beləliklə, forvard 2026-cı ilin yayınadək ölkənin heç bir peşəkar komandasında çıxış edə bilməyəcək.
Vladimir Pisarski komandasının oyunlarına mərc etməkdə ittiham olunub.
"Cebheinfo.az"