"İmişli" Rafael Vieqaşla yolları ayırıb - YENİLƏNİB

"İmişli" Rafael Vieqaşla yolları ayırıb - YENİLƏNİB

"İmişli" daha bir futbolçusu ilə vidalaşıb.

Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirlib.

Klub 32 yaşlı braziliyalı müdafiəçi Rafael Vieqaşla yolları ayırıb.

12:48

"İmişli" qapıçısı Hüseynəli Quliyevlə yolları ayırdığını açıqlayıb.

Bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Qolkiper karyerasını "Zirə"də davam etdirəcək. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu daha əvvəl "Sumqayıt" və "Səbail"də də çıxış edib.

Qeyd edək ki, "İmişli" Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü 34 xalla 9-cu pillədə başa vurub.

"Cebheinfo.az"