Messi niyə güldü? - VİDEO
Argentina millisinin kapitanı Lionel Messi komanda yoldaşları ilə birlikdə Mayamiyə yollanarkən ciddi təhlükəsizlik yoxlamasından keçib.
"Yeni Sabah" xəbər verir ki, futbolçular təyyarədən düşən kimi sərhəd və təhlükəsizlik əməkdaşları onları yoxlanılıblar.
Messinin mobil telefonu müvəqqəti olaraq götürülüb, çamadandakı əşyalar bir-bir nəzərdən keçirilib, hətta ayaqqabıları da yoxlanılıb. Ulduz futbolçu bütün prosedurlardan keçdikdən sonra baş verənlərə təəccüblə gülərək reaksiya verib.
"Cebheinfo.az"

