Enner Valensiya Ekvador millisi ilə vidalaşdı
DÇ-2026-nın 1/16 final mərhələsində Meksikaya 0:2 hesabı ilə uduzan Ekvador yığmasının hücumçusu Enner Valensiya milli komanda karyerasına yekun vurduğunu açıqlayıb.
Oxu.Az "El Comercio" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı forvard həlledici final fitindən sonra hisslərinə hakim ola bilməyib, meydanda diz çökərək göz yaşlarına boğulub.
Təcrübəli futbolçu komanda yoldaşları və azarkeşlərlə vidalaşıb:
"Kədərliyəm, amma, eyni zamanda, rahatam, çünki hər zaman Ekvador yığmasına sadiq olmuşam. Bu, millidəki son oyunum idi. Hamı ilə sağollaşdım. Çox qəmli gündür və vidalaşmağımın məhz bu cür olmasını istəməzdim".
Xatırladaq ki, E.Valensiya 2012-ci ildən bəri Ekvador yığmasının şərəfini qoruyub. Hücumçu milli komandanın heyətində çıxış etdiyi 109 qarşılaşmada 49 dəfə fərqlənib və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əlavə, oyunçunun aktivində 15 sarı və 2 qırmızı vərəqə qeydə alınıb.
"Cebheinfo.az"

