"Sabah" Azərbaycan Kubokunun qalibi olub

Bu gün Azərbaycan Kubokunun final oyunu keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, həlledici görüşdə “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşə saat 19:00-da start verilib.
Gərgin keçən matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda vurulan bir qol oyunun taleyini müəyyənləşdirib. Görüş "Sabah"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə Vasili Berezutskinin yetirmələri ölkə kubokunun qalibi olublar.
"Cebheinfo.az"