Türkiyə Super Liqası: "Fənərbağça" son turda "Konyaspor"u məğlub etdi

Türkiyə Super Liqasında son, 38-ci tur çərçivəsində "Fənərbağça" öz meydanında "Konyaspor"la qarşılaşıb.
"Cebheinfo.az" xəbər verir ki, görüş "sarı-lacivərtlər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahibləri ilk hissəni 0:1 hesabı ilə məğlub başa vursalar da, 2-ci hissədə geri dönüş etməyi bacarıblar.
"Cebheinfo.az"