Azərbaycan Misirdən giləmeyvə tədarük etməyə başlayıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan 222,3 min ABŞ dolları dəyərində 13,1 ton giləmeyvə (moruq, böyürtkən, tut, qarağat, motmutu, quşüzümü, qaragilə, digər giləmeyvələr) idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,7 %, kəmiyyət olaraq – 3,4 % azdır.
Hesabat dövründə Azərbaycan Perudan 122,5 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,5 dəfə çox) 7,2 ton (+2,4 dəfə), İspaniyadan 44,2 min ABŞ dolları dəyərində (+33 %) 2,6 ton (+36 %), Mərakeşdən 20,6 min ABŞ dolları dəyərində (-78 %) 1,2 ton (-79 %), Niderlanddan 13,1 min ABŞ dolları dəyərində (-28 %) 0,9 ton (-26 %), Lüksemburqdan 8,2 min ABŞ dolları dəyərində (-43 %) 0,3 ton (-50 %) məhsul alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirdən tədarük (4,1 min ABŞ dolları dəyərində 0,2 ton) həyata keçirilib.
"Cebheinfo.az"


