Büdcə xərcləri proqnozdan AZDIR

Büdcə xərcləri proqnozdan AZDIR

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi III oxunuşda qəbul edilib.

"Cebheinfo.az" xəbər verir ki, ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 5,5 faiz, proqnozdan isə 2,1 faiz çoxdur.

Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub. Bu da illik müqayisədə 3,4 faiz çox, proqnozdan isə 5,1 faiz azdır.

İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 faizini təşkil edib.

Layihə səsvermədən sonra üçüncü oxunuşda qəbul olunub.

Vilayət Muxtar
"Cebheinfo.az"