"Işıl" 35 yaşında vəfat etdi:Dünən doğum günü idi
Sosial şəbəkələrdə məşhur türkiyəli aktrisa Ece İrtemin vəfat etməsi ilə bağlı paylaşımlar yayılıb.
"Cebheinfo.az" xəbər verir ki, iddialara görə, aktrisa evində keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.
Aktrisa ölümündən bir gün əvvəl yeni yaşını yaxınlarının əhatəsində qeyd edib.
Qeyd edək ki, Ece İrtem son illərdə daha çox "Kızılcık Şerbeti" serialındakı Işıl obrazı ilə tanınıb. 35 yaşlı aktrisanın vəfatı ilə bağlı xəbərlər sosial şəbəkələrdə və Türkiyə mətbuatında geniş rezonans doğurub.
Əfsanə
"Cebheinfo.az"

