Teymur Musayevin müavinlərinin sayı artırıldı - Fərman
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.
"Cebheinfo.az" President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib.
Dəyişikliyə əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Qeyd edək ki, hazırda səhiyyə naziri vəzifəsini Teymur Musayev icra edir.
"Cebheinfo.az"

