Məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı - FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin 2370 şagirdi ümumi orta təhsilini fərqlənmə attestatı ilə başa vurub.
İdarədən bildirilib ki, ümumi orta təhsil haqqında fərqlənmə attestatı ümumi orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.
Qeyd edək ki, məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.
"Cebheinfo.az"