Alanyada azərbaycanlı gəncin yaraladığı barmen öldü - FOTO

Alanyada azərbaycanlı gəncin yaraladığı barmen öldü - FOTO

Türkiyənin Alanya əyalətindəki restoranlardan birində azərbaycanlı barmenin yaraladığı şəxs ölüb.

"Cebheinfo.az" “Sabah”a istinadən xəbər verir ki, hadisə Alanyanın Çarşı məhəlləsindəki Barlar küçəsində baş verib.

Məlumata görə, iki barmen – azərbaycanlı Məhəmməd M. və türkiyəli Mustafa Arslan arasında mübahisə düşüb. Mübahisə zamanı Məhəmməd M. qırıq şüşə parçasını götürərək Arslanı boynundan yaralayıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Ağır yaralanan Mustafa Arslan xəstəxanaya aparılsa da, iyunun 18-də vəfat edib.

Şübhəli şəxs Məhammad M. polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilərək təcridxanaya göndərilib. O, ilkin ifadəsində hadisəni söyüşə görə törətdiyini, Mustafa Arslanı öldürmək niyyətinin olmadığını, qarşı tərəfin ilk olaraq hücum etdiyini və törətdiyi əmələ görə peşman olduğunu bildirib.

Fotoda Mustafa Arslan

"Cebheinfo.az"