Rusiya pilotsuz təyyarələri MƏHV ETDİ

Rusiya pilotsuz təyyarələri MƏHV ETDİ

Rusiya Müdafiə Nazirliyi pilotsuz uçuş aparatının (PUA) Moskvaya hücumlarının ardıcıl dördüncü gecə uğurla dəf edildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Moskva meri Sergey Sobyanin şəhərə pilotsuz təyyarə ilə hücum cəhdinin qarşısının alındığını deyib.

Sobyanin “Telegram” kanalında verdiyi açıqlamada, "Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemləri düşmən PUA-sının Moskvaya hücumunun qarşısını alıb. Təcili yardım qrupları dağıntıların düşdüyü ərazidə işlərini davam etdirir" deyə bildirib.

Sobyanin paylaşımdan bir saat sonra ikinci pilotsuz təyyarənin vurulduğunu da bildirib.

Bu gecə pilotsuz təyyarə hücumları təkcə Moskva ilə məhdudlaşmayıb. Oxşar hücum cəhdləri Rostov və Voronej vilayətlərində də qeydə alınıb.

Rostovun Şolohovski və Kaşarski rayonlarında vurulan pilotsuz təyyarələrin qalıqlarından biri yaşayış massivindəki bağa düşüb. Voronejdə dronlar vilayət mərkəzi üzərində zərərsizləşdirilib.

Moskvaya son dron hücumu iyunun 19-na keçən gecə baş verib. Həmin gecə 11 fərqli bölgədə ümumilikdə 81 pilotsuz təyyarənin vurulduğu açıqlanıb.

Maraqlıdır ki, müdafiə sistemləri bir-birinin ardınca bu hücumların qarşısını uğurla alıb.

Təhlükəsizlik analitikləri son vaxtlar dron hücumlarının tezliyinin artmasının həyəcanverici olduğunu bildirir və Rusiya hava hücumundan müdafiə sistemlərinin bu təhlükələrə qarşı effektivliyinin sınaqdan keçirildiyini vurğulayırlar.

Mütəxəssislər bildirirlər ki, böyük şəhərlərin, xüsusən də Moskvanın müdafiə sistemləri daim yenilənməlidir.

Nigar Hacılı 
"Cebheinfo.az"