İranın cavabı: İsrail yaralıların sayını AÇIQLADI

İranın cavabı: İsrail yaralıların sayını AÇIQLADI

İsrail Səhiyyə Nazirliyi İranın cavab hücumları nəticəsində 2 217 israillinin yaralandığını, onlardan 21 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Səhiyyə Nazirliyi İsrailin İrana hücumları başlayandan bəri 2 217 yaralının xəstəxanalara aparıldığını, onlardan 21-nin vəziyyətinin ağır, 103-nün vəziyyətinin isə orta-ağır olduğunu açıqlayıb.

Məlumatda xəstəxanaya qaldırılanlar arasında 107 nəfərin panik atak keçirdiyi, gecə saatlarında 54 yaralının isə Red Star of David təcili yardım maşınları və ya öz imkanları ilə xəstəxanalara gətirildiyi bildirilib.

Açıqlamada yaralıların əksəriyyətinin cümə gününə kimi xəstəxanalardan buraxıldığı və yalnız 132 nəfərin hazırda xəstəxanada, 55 nəfərin isə təcili yardım otaqlarında müalicə aldığı qeyd edilib.

İsrail hökuməti ümumiyyətlə İranın repressiyaları nəticəsində maddi ziyanın və ya insan itkisinin miqyasını ortaya qoyan xəbərlərə ciddi senzura və məhdudiyyətlər qoyur.

Nigar Hacılı 
"Cebheinfo.az"