Maliyyə Nazirliyi yerli banklara əlavə 500 mln. manat depozit yerləşdirib

Maliyyə Nazirliyi yerli banklara əlavə 500 mln. manat depozit yerləşdirib

İyunun 20-də Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

""Cebheinfo.az" bu barədə Nazirliyə istinadən xəbər verir. Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

"Cebheinfo.az"