Atası Putinə uşaqlıqda bunları yedirirmiş

Atası Putinə uşaqlıqda bunları yedirirmiş

Rusiya lideri Vladimir Putin uşaqlıqdan sevimli yeməklərindən danışıb.

“Cebheinfo.az” xəbər verir ki, Putinin sözlərinə görə, atası yemək bişirməyi bacarırmış, onu və anasını dadlı yeməklərlə əzizləyib. Onların arasında ətirli və duzlu qoxu var. 

"O, ümumiyyətlə, bir az yemək bişirməyi xoşlayırdı, studen (xolodes, jeleli ət-red.) hazırlayır, koryuşka (balıq növü-red.) bişirirdi. Bu, Sankt-Peterburq delikatesi, Leninqrad ləzzətidir",-deyə Prezident Səidə Medvedeva və Pavel Zarubinin "Rusiya. Kreml. Putin. Rusiya-1 telekanalında 25 il” filmində danışıb.Daha əvvəl Putin qeyd etmişdi ki, onun tez-tez kiməsə “yumruq vurmaq” arzusu var.

Xəzər
“Cebheinfo.az”