Papalıqdan bezən Tramp indi də Lord oldu - FOTO

Ağ Evin mayın 4-də Trampı Sith lordu kimi təsvir edən süni intellekt şəklini yerləşdirməsi mübahisələrə səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, Ağ Evin rəsmi hesabı 4 May "Star Wars" gününü "Sith Lord Trump" şəkli ilə qeyd edib.
Əvvəllər özünü Papa obrazı ilə gündəmə gətirən Tramp, bu dəfə "Star Wars" kainatından birbaşa Sith lordu kimi təqdim edilib.
Görüntü sosial mediada qısa zamanda müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Trampın əlində qırmızı işıq qılıncının olduğuna diqqət çəkiblər.
Bu detal orijinal "Star Wars" kainatındakı pis personajların bəyəndiyi simvoldur. "Star Wars" pərəstişkarlarına xatırladıldı ki, Corc Lukas Sith imperiyasını estetik və ideoloji cəhətdən nasist Almaniyasından ilhamlanaraq yaratmışdır.
Bəzi şərhçilər qılıncın əslində narıncı olduğunu iddia edərək iddialarını rəngli çarxlarla müdafiə ediblər. Yeni nəsil "Star Wars" istehsallarında yaxşı personajların da bu rəngdən istifadə etdiyini bildiriblər.
Digər tərəfdən, qırmızı rəngin Respublikaçılar Partiyasının simvolu olduğunu bildirənlər də olub.
Nigar Hacılı
"Cebheinfo.az"