Şübhəli maşına görə nazirin çıxışı LƏĞV EDİLDİ

Almaniya polisi təhlükəsizlik məqsədilə şübhəli, qeyri-qanuni park edilmiş avtomobilə görə Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Berlindəki Federal Təhlükəsizlik Siyasəti Akademiyasında çıxışına mane olub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” ictimai kanalı məlumat yayıb.
Onun sözlərinə görə, Valtoneni akademiyanın binasının yaxınlığında təhlükəsizlik siyasəti üzrə 100-ə yaxın ekspert gözləyirmiş. Onlar Valtonenə tədbirin ləğv edildiyini bildiriblər.Hazırda Almaniya hüquq-mühafizə orqanları təhlükənin real olub-olmamasını araşdırır.
Müşfiq Abdulla
“Cebheinfo.az”