Erməni spiker Köçəryana "casus” dedi

“Robert Köçəryan rus casusu statusuna malik adamdır”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bu yaxınlarda parlamentin iclasında eks-prezidenti “Rusiyanın maraqlarını güdən və yalnız bu istiqamətdə fəaliyyət göstərən siyasi fiqur” adlandırıb. Jurnalistin “Əgər casusdursa, niyə həbs etmirsiniz?” sualına cavabında spiker bildirib ki, bu, onun şəxsi fikridir.
Müşfiq Abdulla
“Cebheinfo.az”