Banqladeşdə ildırım 13 can aldı

Banqladeşin müxtəlif bölgələrində ildırım düşməsi nəticəsində ümumilikdə 13 nəfərin həyatını itirdiyi açıqlanıb.
“Cebheinfo.az” xəbər verir ki, Kişoreqanj və Brahmanbariya bölgələrində ildırım vurması nəticəsində biri uşaq olmaqla 9 nəfər ölüb.
Çapaynavabqanj, Naogon, Şerpur və Habiganj bölgələrində isə hər birində bir nəfərin həyatını itirdiyi bildirilib.
Rəsmi qurumlar ölkənin paytaxtı Dəkkə daxil olmaqla bir çox bölgəsi üçün leysan yağışları ilə bağlı xəbərdarlıq ediblər.
Banqladeşdə ildırım səbəbindən baş verən ölüm halları əsasən aprel-iyun ayları arasında qeydə alınır.
Bu ilin aprel ayında baş verən bir neçə ildırım hadisəsi nəticəsində cəmi iki saatdan az bir müddətdə doqquz nəfər həyatını itirmişdi.
Əfsanə Rəcəb
“Cebheinfo.az”