Qohumunun evində kirayə yaşayan şəxsin pulunu oğurlayan qadın saxlanıldı

Yardımlı şəhəri ərazisindəki evlərdən birində kirayə yaşayan qadın naməlum şəraitdə həmin evdən 5 min manat pulunun oğulanması barədə polisə müraciət edib.
Modern.az-ın məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin qohumu 48 yaşlı E.Miranova müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
"Cebheinfo.az"