Həftəsonunu Qəbələdə keçirmək istəyənlərin nəzərinə

Həftəsonunu Qəbələdə keçirmək istəyənlərin nəzərinə

Azərbaycan Dəmir Yolları (ADY) QSC yay aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır.

ADY-dən "Cebheinfo.az"a bildirilib ki, həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

"Cebheinfo.az"