Gözəllik salonunda 13 qadın zəhərlənib

İranın İsfahan şəhərində gözəllik salonunda generatordan çıxan karbon qazından 13 qadın zəhərlənib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Mehr” Xəbər Agentliyinə İsfahanın Təcili Yardım Mərkəzinin sözçüsü Abbas Abdi danışıb:
"İsfahan şəhərinin Mirzə Tahir küçəsində qadınların saç salonunda generatorun işə salınması nəticəsində 13 qadın qazdan zəhərlənib”.
İran rəsmisi qeyd edib ki, zəhərlənən qadınlar müalicə olunmaq üçün müxtəlif xəstəxanalara göndəriliblər.
Nigar Hacılı
"Cebheinfo.az"